ABŞ nin Təhsil Nazirliyi ləğv edilə bilər

06.03.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ölkənin Təhsil Nazirliyinin ləğv edilməsi ilə bağlı sərəncam imzalamaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı qurumdakı mənbələrə istinadən “The Wall Street Journal” (“WSJ”) qəzeti yayıb.

Mənbələrin sözlərinə görə, sərəncam bu gün imzalana bilər. 

“WSJ”, həmçinin yazır ki, Trampın komandası Təhsil Nazirliyinin ləğvini federal qurumların ixtisar edilməsi çərçivəsində müzakirə edir. 

Bildirilib ki, D.Tramp yanvarda səlahiyyətlərinin icrasına başladığı andan bu təşəbbüs hazırlanıb. O, andiçmə mərasimindən sonra vurğulayıb ki, ABŞ hökumətində genişmiqyaslı islahatlar keçirmək niyyətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью