Icma.az bildirir, Missiya.az portalına istinadən.
Sinqapur polisi ABŞ-nin tələbi ilə Rusiya vətəndaşını həbs edib.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədəRusiyanın Sinqapurdakı səfirliyi məlumat yayıb.
"Səfirliyə daxil olan məlumata görə, oktyabrın 3-də Sinqapur polisi Rusiya vətəndaşını ABŞ-yə ekstradisiya etmək məqsədilə ABŞ-nin kibercinayətkarlıq qanunlarını pozmaqda ittiham edərək saxlayıb",- səfirliyin Telegram kanalında yaydığı bəyanatda deyilir.
İlahə Qənbərli
Missiya.Az