Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” nüvə enerjili təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Gəmi regionda xidmət aparan digər iki ABŞ təyyarədaşıyan gəmisinə qoşulacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio noyabrın 12-13-də İranla bağlı hərbi əməliyyatlar barədə açıqlamalar verərək Vaşinqtonun hazırda daha sərt hərbi addımlara ehtiyac görmədiyini bildiriblər.