Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin xarici ticarət kəsiri aprel ayında 46% azalaraq 87,6 milyard dollar olub və 2023-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə çatıb.“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Siyahıyaalma Bürosunun hesabatında bildirilib.İdxal 19,8% azalaraq 276,1 milyard dollara düşüb, ixrac isə 3,4% artaraq 188,5 milyard dollara çatıb.Aprel ayında ABŞ prezidenti Donald Tramp ölkənin bir çox ticarət tərəfdaşlarına böyük ticarət tarifləri tətbiq etsə də, sonradan onları qismən aradan qaldırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.