Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə müstəqil ölkədir və müstəqil siyasətini yürüdür. Bu səbəbdən də maraqlarına, təhlükəsizlik baxımından hansı qərarlar qəbul etməlidirsə, o qərarları qəbul edib. Ona görə də suveren dövlət olaraq, S-400 və F-35 üzrə qərar Türkiyənin öz əlindədir.
Şair Ramaldanov
Ekspertin fikrincə, Türkiyənin hərbi hava qüvvələrinə təyyarələrin alınmasına bir müddətdir ABŞ tərəfindən müəyyən maneələr törədilir: “ABŞ çox faktorlardan təzyiq mexanizmi kimi istifadə etmək imkanına sahibdir. ABŞ bəzi dövlətlərin müstəqil qərar qəbul etməsinə bir şəkildə təsir etmək istəyir. Ancaq Türkiyə qəbul etdiyi qərarlarda, o cümlədən S-400-ləri Rusiyadan almaqla bir daha onu göstərdi ki, qərarı özü verib və Türkiyə müstəqil dövlətdir. Türkiyə ABŞ tərəfindən başqa ölkələrə edilən təzyiqin özünə edilməsinə razı olmayacaq.
Son zamanlar Tramp hakimiyyəti dövründə Türkiyə-ABŞ münasibətləri etibarlı sayıla bilər. Bu baxımdan, Türkiyənin hərbi hava qüvvələri ilə bağlı yeni təyyarələrin alınması üzrə danışıqları müsbət istiqamətdə inkişaf edib. Hər iki ölkənin müəyyən bir şəkildə maraqlarını nəzərə alaraq, qərar qəbul etməsi gözlənilir. “S-400-ləri Türkiyə istismar edə bilməz” məsələsi daha çox siyasi şərtdir. Bunun təhlükəsizliyə təsiri yoxdur”.
İradə Cəlil, Bizimyol.info