ABŞ nin Ukrayna ilə bağlı yeni planı Rusiya ABŞ sammitini yaxınlaşdırır Orban

21.11.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ABŞ-nin Ukraynadakı münaqişənin nizamlanması üzrə yeni planı ABŞ və Rusiya arasında razılığın əldə olunması və iki ölkə prezidentlərinin Budapeştdə görüşünün keçirilməsi üçün əsas ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı bildirib.

"Hazırda rəsmi təsdiq var ki, ABŞ-nin 28 bənddən ibarət sülh planı var və o, rəsmi olaraq Ukraynaya təhvil verilib. Bu sülh planında ruslar və amerikalıların əvvəllər öz aralarında danışdıqları təkliflər var. İnanıram ki, qarşıdakı iki-üç həftə həlledici olacaq", - hökumət başçısı bildirib.

O hesab edir ki, ABŞ-nin yeni planına ilkin reaksiya Ukrayna münaqişəsinin nizamlanması üzrə razılığın əldə olunması imkanlarına ümid yaradır. "Nəsə açılmağa başlayır. Budapeşt sülh sammiti yaxınlaşır", - Orban bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью