ABŞ nin Ukrayna üçün 155 mərmi istehsalı planı baş TUTMADI

12.08.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pentaqonun Ukraynaya 155 millimetrlik artilleriya mərmilərinin operativ tədarükünü təşkil etmək planı həyata keçirilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə “ProPublica” öz araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-da 2024-cü ildən fəaliyyət göstərən yeni istehsal müəssisəsində avadanlıqlarla bağlı davamlı nasazlıqlar yaranır və indiyədək istifadəyə yararlı bir ədəd də mərmi istehsal edilməyib.

“General Dynamics yeni zavodunda istifadəyə yararlı heç bir mərmi istehsal etməyib və buna görə ictimaiyyət qarşısında məsuliyyətə cəlb olunmayıb”, – deyə nəşr qeyd edib.

“ProPublica”nın məlumatına görə, 2022-ci ildə Ukrayna Silahlı Qüvvələri üçün sursat çatışmazlığı ilə üzləşən ABŞ Konqresi dövlət müqavilələrinin bağlanması qaydalarını sadələşdirib. Bu, ABŞ Ordusuna tender keçirmədən “General Dynamics” şirkəti ilə 155 millimetrlik artilleriya mərmilərinin istehsalı üçün milyonlarla dollar dəyərində müqavilə bağlamağa imkan verib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью