ABŞ nin Ukrayna üzrə vasitəçilik prosesi dayandırılıb

09.06.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

ABŞ-nin Ukrayna ilə bağlı vasitəçilik prosesi müvəqqəti dayandırılıb.

BAKU.WS xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, buna baxmayaraq, ABŞ nümayəndələri həm Moskva, həm də Kiyevlə təmaslarını davam etdirirlər.

Onun sözlərinə görə, mövcud əlaqə kanalları vasitəsilə Rusiya və Ukrayna ilə danışıqlar davam edir.

Peskov həmçinin qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndələrinin Rusiyaya mümkün səfəri ilə bağlı hələlik dəqiq tarix müəyyənləşməyib.

"Təbii ki, istənilən vaxt onları Rusiyada görməkdən məmnun olarıq", – deyə Kreml rəsmisi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью