Icma.az, Newscenter.az saytına istinadən bildirir.
"ABŞ Ukraynadakı müharibəyə əsasən üç istiqamətdə. Atəşkəs (döyüşlərin dayandırılması), Sülh sazişi ( Ərazi, təhlükəsizlik təminatları) və Ukraynanın güzəştə getməsi (İşğal olunmuş ərazilərin hüquqi statusu) prizmasından yanaşır. Bunlar əlbəttə ki, eyni şey deyil. Vaşinqtonun atəşkəsə təzyiq göstərməsi, Kiyevin ərazi güzəştlərinə təhrik edilməsi kimi qəbul edilməməlidir. Əlbəttə ki, ABŞ-ın son vaxtlar Ukrayna hökumətinə qarşı ciddi basqıları var və Ukrayna hökuməti də öz növbəsində geri addım atmaq istəmir. Burada Avropanın rolu danılmazdır".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ABŞ-nin diplomatik təzyiqi artır, Kiyev isə təhlükəsizlik təminatları tələb edir:
"Avropa israrla Ukraynanın iştirakı olmadan və onun təhlükəsizliyini təmin etmədən hansısa bir razılaşmanın əldə olunmasına qarşı çıxır. Tramp Zelenskini Rusiya ilə razılaşmağa çağırır. Zelenski, Ukraynanın tələbləri nəzərə alındıqdan sonra Ukraynanın razılığa gələ biləcəyini israrla tələb edir. Avropa Şurası Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi qorunmalıdır deyir. Bu məsələlərdə Ukraynanın gələcəyinə, Kiyevin iştirakı olmadan qərar verilməsi qəbul edilə bilməz. Bütün bunlar onu göstərir ki, Aİ etibarlı təhlükəsiz təminatlarını və Ukraynanın özünü müdafiə imkanlarını dəstəkləyir. Bu baxımdan ABŞ və Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları mövcuddur və Rusiyanın belə məzmunda sülh təklifinə Zelenski hökuməti razılıq verməyəcək".
Ekspert deyir ki, ABŞ-ın Ukrayna və Avropa ilə vahid sülh təklifi hazırlamaq istədiyi, təhlükəsizlik təminatlarının və müharibədən sonrakı iqtisadi inkişafın müzakirə olunduğu bildirilir:
"Bu səbəbdən də Ukraynanın danışıqlar prosesində iştirak etməsi onun ərazi güzəştlərinə və ya Rusiyanın irəli sürdüyü şərtlərə razılaşması üçün, yəni təlimçi sülhə hazırlanması demək deyil".
Süleyman