ABŞ nin “xarici agentlər”lə bağlı qanunu Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq

24.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin “xarici agentlər”lə bağlı FARA (Xaric Agentlərin Qeydiyyatı Aktı) qanununun eynisi Gürcüstan parlamentində qeydiyyatdan keçirilib və müzakirəyə çıxarılacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bidirib.

Papuaşvili qeyd edib ki, qanun mahiyyətcə ABŞ qanununun “sözbəsöz tərcüməsidir”.

“Parlamentdə nəzərdən keçirilməsi prosesi zamanı o, Gürcüstanın qanunvericilik çərçivəsinə uyğunlaşdırılacaq. Bu, bəzilərinin Gürcüstan qanunları haqqında həm daxildə, həm də xaricdə yaydıqları hər hansı saxta və ya çaşdırıcı narativlərə son qoyur”,- Papuaşvili bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью