ABŞ nin Yəməndəki hava zərbələri: 53 ölü, 98 yaralı

17.03.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb, azı 98 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

“ABŞ-nin martın 15-də mülki şəxslərə endirdiyi zərbələr nəticəsində 53 nəfər ölüb, daha 98 nəfər yaralanıb”, - Anis əl-Əsbahi qeyd edib.

Husilərin təyin etdiyi səlahiyyətlilər, həlak olanların hamısının mülki vətəndaşlar olduğunu bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью