ABŞ nin Yəmənə təcavüzü davam edir

08.04.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-nin paytaxt Səna, Marib və Hudeydəyə 22 hava hücumu təşkil etdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hücum barədə məlumat husilərə bağlı "Əl-Məsirə" televiziyası tərəfindən yayılıb.Yəməndəki husilər ABŞ-nin hücumlarında hər hansı itki olub-olmaması ilə bağlı heç bir məlumat paylaşmayıb.Bu hücumlarla bağlı ABŞ-dən heç bir açıqlama verilməyib.Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlamışdı. 
ABŞ Prezidenti Donald Tramp isə martın 15-də Truth Social platformasında orduya Yəməndə husilərə qarşı “kütləvi hücum”a başlamaq göstərişi verdiyini bildirmişdi.

Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikcə, dənizdə naviqasiya ilə bağlı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью