ABŞ nin Yəməni bombalaması zamanı 31 nəfər həlak olub

16.03.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin "Ənsərullah" hərəkatından olan husilərin nəzarəti altındakı paytaxt Sənaya və Yəmənin digər regionlarına endirdiyi zərbələr nəticəsində ən azı 31 mülki vətəndaş həlak olaub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, zərbələr zamanı daha 100 nəfər yaralanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib. Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью