ABŞ nin zənginləri Avropanın kasıblarından daha az yaşayır

08.04.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni araşdırma göstərib ki, ABŞ-də ən zəngin insanlar belə, Avropanın bəzi yoxsul təbəqələrindən daha qısa ömür sürür.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, mütəxəssislər bunu ABŞ-də səhiyyə və sosial təminat sisteminin zəifliyi, stres və qeyri-sağlam həyat tərzi ilə əlaqələndirirlər.

2010–2022-ci illəri əhatə edən araşdırmada 50–85 yaş arası şəxslərin ölüm göstəriciləri müqayisə olunub. Nəticədə məlum olub ki, Avropanın Almaniya, Fransa və Niderland kimi ölkələrindəki kasıb təbəqə belə ABŞ-nin varlılarından daha uzun yaşayır.

Tədqiqatçılar bildirirlər ki, sağlamlıq və həyat keyfiyyəti yalnız gəlir səviyyəsi ilə deyil, yaşanılan ölkənin sosial sistemləri ilə də sıx bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью