ABŞ nin ziddiyyətli mesajları diplomatik prosesə zərər vurur Bəqayi

10.06.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyi ABŞ-nin son dövrlərdəki addımlarını və bəyanatlarını tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmayıl Bəqayi çərşənbə günü keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, ABŞ tərəfindən verilən ziddiyyətli mesajlar və atəşkəs rejiminin dəfələrlə pozulması diplomatik prosesə mənfi təsir göstərib.

Bəqayi vurğulayıb ki, İran silahlı qüvvələri ölkənin təhlükəsizliyinə təhdid yarandığı təqdirdə cavab verməkdən çəkinməyəcək.

“İran silahlı qüvvələri lazım bildikləri zaman cavab verməkdən bir an belə çəkinməyəcək”, – deyə sözçü qeyd edib.

Onun sözlərinə görə, İran hökumət strukturları arasında tam koordinasiya mövcuddur və ölkənin müdafiəsi üçün həm diplomatik, həm də hərbi imkanlardan istifadə olunacaq.

Bəqayi əlavə edib ki, Tehran regionda gərginliyin artmasını istəmir, lakin milli maraqların qorunması prioritet olaraq qalır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью