Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizam əsas zamini olan ABŞ tərəfindən dağıdılır: Trampın gücə əsaslanan siyasəti, BMT-yə alternativ strukturun – Sülh Şurasının qurulması istiqamətindəki addımlar, Venesuelaya müdaxilə, Qrenlandiya iddiası (faktiki NATO-ya hücum) yeni nizamın formalaşması ilə nəticələnəcək qlobal güc uğrunda mübarizənin tərkib hissəsidir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
“Prosesin ilkin mərhələsidir və belə görünür ki, uzunmüddətli olacaq toqquşmalar (hərbi, siyasi, iqtisadi) hələ qarşıdadır.
Kimin qalib gələcəyi – ABŞ-ın təkqütblü gücünü qoruyacağı, yoxsa Çinin supergücə çevriləcəyi qeyri-müəyyən olaraq qalır.
2020-ci ildə açıq müstəviyə keçən mübarizədə hələki yeganə qazanan Azərbaycandır”, - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.