ABŞ noyabr ayınadək İranla dava etməyəcək Rubio

26.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət katibi Marko Rubio bir neçə xarici vəzifədaşına Birləşmiş Şttların hazırda İrana qarşı yeni zərbələr endirməyi planlaşdırmadığını bildirib.

“Yeni Sabah” Axios-a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmisi və vəziyyətlə tanış olan ikinci mənbə danışıb.

Onun sözlərinə görə, bunun əvəzinə, diqqət bu həftə elan edilən sanksiyalar təşəbbüsü də daxil olmaqla, digər təzyiq vasitələrinə yönəlib. Marqarita pizza

ABŞ rəsmisi bildirib ki, Rubio ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmadığını açıq şəkildə bildirsə də, İranın ilk zərbəni endirdiyi halda, zərbələr endirilməsini istisna etməyib.

Hazırda İrana qarşı hərbi əməliyyatlardan yayınmaq üçün səylər göstərilir.

ABŞ-nin ikinci rəsmisi bildirib ki, bu siyasətin ən azı ara seçkilərdən sonraya qədər (seçkilər 3 noyabr 2026-cı il tarixinə planlaşdırılıb - red.) qüvvədə qalması gözlənilir, bundan sonra yeni hərbi kampaniya ehtimalı yenidən nəzərdən keçirilə bilər.

“Hazırda İranla danışıqlar aparmırıq. Onlara təzyiq göstəririk. Bu təzyiq iranlıları danışıqlar masasına qayıtmağa məcbur edə bilər", - ABŞ rəsmisi bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью