ABŞ nümayəndə heyəti Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib

08.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Dəməşqə səfər edib və Suriyanın yeni rəhbərliyi ilə Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Nümayəndə heyətinə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri də daxil olub.

Amerika rəsmiləri Suriyanın hakimiyyətinin lideri Əhməd əl-Şara ilə görüşüb.

Nümayəndə heyəti sanksiyaların aradan qaldırılması məsələsinə əlavə olaraq Suriya rəsmiləri ilə təhlükəsizlik məsələsini və yeni hakimiyyət orqanlarının terrorla mübarizə üçün göstərdiyi səyləri müzakirə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью