ABŞ Nümayəndələr Palatasının demokrat lideri spikerliyə namizədliyini irəli sürür

05.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-ın Demokratlar Partiyasının lideri Hakim Ceffris partiyasının ara seçkilərdə qələbəsindən sonra Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini rəsmi olaraq açıqlayıb. Bu barədə “Axios” konqresmenin həmkarlarına göndərdiyi məktuba istinadən məlumat verir.

Xəbəri “İnterfaks.ru” yayıb. 

Ceffris bildirib: “Nümayəndələr Palatasının növbəti sədri kimi namizədliyimə dəstək verməyinizi xahiş etmək üçün təvazökarlıqla yazıram”.

“Axios” vurğulayır ki, Ceffrisin “ciddi müxalifətlə qarşılaşmadan” spiker vəzifəsini qazanması gözlənilir və bu, onu bu vəzifəni tutan ilk afroamerikalı edəcək.

Demokrat vurğulayıb: “Əksəriyyətimizlə indi Amerika xalqının tələb etdiyi dramatik dəyişikliklər etməliyik”.

3 noyabr ABŞ Konqresi seçkilərindən sonra Demokratlar Partiyası hər iki palatada səs çoxluğu qazanıb. Respublikaçılar Texas da daxil olmaqla bir neçə ştatda qubernator seçkilərində də zəif nəticə göstəriblər. 

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью