ABŞ nümayəndəsi: Çindən gələn mallar üçün faktiki gömrük rüsumları 50% dir

13.05.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Çindən gətirilən məhsullar üçün gömrük rüsumları hazırda təxminən 50%-dir.

APA xəbər verir ki, bu barədə “Fox News”a açıqlamasında ABŞ-ın ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrird bildirib.

" ABŞ prezidenti Donald Tramp seçki kampaniyasını apararkən, dünya üzrə 10%, Çinə qarşı isə 50-60% arasında daha yüksək rüsumlar tətbiq etmək istədiyini demişdi", - o bildirib.

Ümumilikdə, hazırda Çinə qarşı rüsumlar 50%, qlobal olaraq isə 10% təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью