ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətini vurğulayıb AZƏRTAC

21.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29 çərçivəsində noyabrın 21-də keçirilən mətbuat konfransında ABŞ Daxili İşlər Nazirliyi katibinin müavini vəzifəsini icra edən Laura Daniel Davis Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətini vurğulayıb

AZƏRTAC xəbər verir ki, Laura Daniel Davis bildirib: “Su hər yerdədir. Eyni zamanda, su ilə bağlı bir çox problem var. Quraqlıqlar, daşqınlar və digər fəlakətlər hamısı su ilə əlaqəlidir”.

O qeyd edib ki, Azərbaycanın COP29 Sədrliyi Su üzrə Bakı Dialoqu təşəbbüsü ilə bir çox ölkələri bir araya gətirərək əhəmiyyətli iş görüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью