ABŞ nüvə arsenalını artıracağını istisna etmir

15.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-nin növbəti prezidenti Donald Tramp verəcək.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ-nin hazırkı lideri Co Bayden administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.

“Mövcud tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-nin nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, - mənbə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью