ABŞ nüvə silahlarını sınaqdan keçirməyə hazırlaşır

13.11.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ nüvə silahlarının çatdırılma sistemlərini sınaqdan keçirməyi planlaşdırır. Bunu ABŞ Dövlət katibi Marko Rubio da təsdiqləyib.
Reyting.az
xatırladır ki, əvvəllər prezident Donald Tramp nüvə sınaqlarının başladığını elan etsə də, bunların partlayışlar və ya raket sistemlərinin sınaqları olduğunu dəqiqləşdirməmişdi.
Enerji naziri Kris Rayt daha sonra sınaqların nüvə partlayışlarını əhatə etməyəcəyini açıqlayıb.
“ABŞ rəqiblərinin sınaqlar keçirdiklərini nəzərə alsaq, bu, tamamilə uyğun bir qərardır”, - Rubio əlavə edib.
Qeyd edək ki, Rubionun açıqlaması Rusiyanın nüvə mühərrik sistemləri ilə təchiz olunmuş “Burevestnik” qitələrarası kruiz raketi və “Poseidon” sualtı dronunun sınaqları ilə bağlı xəbərlərdən sonra verilib.
Tramp öz növbəsində Amerikanın nüvə arsenalının tamamilə modernləşdirildiyini vurğulayıb: “ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var. Bu, mənim birinci prezidentlik müddətimdə həyata keçirilən modernləşdirmənin nəticəsidir”.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью