ABŞ o sazişinin davam etdiyini açıqladı

11.05.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ administrasiyası Çinlə nadir torpaq metalları üzrə əldə olunan sazişin hələ də qüvvədə olduğunu bildirir.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, razılaşmanın müddəti hələ başa çatmayıb və onun uzadılması imkanları ilə bağlı danışıqlar davam edir.

“O qüvvədə qalır, hələlik müddəti bitmir”, - deyə administrasiya nümayəndəsi bildirib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın mayın 14-15-də Çinə planlaşdırılan səfəri zamanı Çin Sədri Si Cinpinlə İran ətrafındakı müharibə, ikitərəfli ticarət əlaqələri, Tayvan məsələsi və digər əsas mövzuları müzakirə etməsi gözlənilir.

Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli isə bildirib ki, Tramp Pekinə səfəri çərçivəsində əsas diqqəti ABŞ-Çin iqtisadi münasibətlərinin yenidən balanslaşdırılmasına yönəltmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью