ABŞ okeanda gəmiyə hücum edib, ölənlər var

06.02.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri Sakit Okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmini vurub.

"Unikal" xəbər verir ki,  bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

ABŞ kəşfiyyatının məlumatına görə, gəmi məlum narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət edirmiş. Rəsmi açıqlamaya görə, gəmiyə zərbə kəşfiyyat məlumatları təsdiqləndikdən sonra endirilib. Hücum nəticəsində hədəf məhv edilib. Əməliyyat zamanı narkotik terrorçuları olduğu ehtimal edilən iki nəfər öldürülüb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью