ABŞ olmasaydı, Ukrayna mövcud olmazdı Rubio

23.10.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun yardımı olmasaydı, Ukrayna suveren dövlət kimi mövcudluğunu qoruya bilməzdi.

Rubio bu dəstəyin həm Co Baydenin, həm də Donald Trampın administrasiyası dövründə göstərildiyini vurğulayıb.

"Bu məsələ ilə bağlı daha özümüzə haqq qazandırmaq niyyətində deyilik. ABŞ-nin, o cümlədən Tramp administrasiyasının yardımı olmasaydı, Ukrayna indi mövcud olmazdı. Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – dövlət katibi deyib.

Rubio Ukrayna hərbçilərinin cəsarətinin də nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, ukraynalı hərbçilər ölkələri uğrunda böyük şücaətlə döyüşüb və göstərilən yardım sayəsində daha böyük bir ölkəyə qarşı mübarizədə mühüm nəticələr əldə ediblər.

"Ancaq tam aydın deməliyik: ABŞ-nin Bayden administrasiyası dövründə göstərdiyi və hazırkı administrasiya dövründə davam etdirdiyi milyardlarla dollarlıq yardım olmasaydı, bu gün Ukrayna mövcud olmazdı”, – Rubio əlavə edib.

///modern///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью