Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Prezident Donald Trampın İranla bağlı prioritet seçimi diplomatiyadır, lakin ehtiyac yaranarsa, hərbi güc tətbiq etməkdən çəkinməyəcək”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Livit bildirib.
Ağ Evin sözçüsü Livit Ağ Evin bağçasında media nümayəndələrinin gündəmlə bağlı suallarını cavablandırıb.
Livit ABŞ-nin İrana məxsus nüvə obyektlərini tamamilə məhv etdiyi halda İranın hazırda nüvə potensialı baxımından necə bir təhdid olduğu barədə suala Trampın açıqlamaları ilə cavab verib.
Amerikalı sözçü İrana məxsus 3 nüvə obyektinin tamamilə məhv edildiyini deyib: "Lakin bu vəziyyət o demək deyil ki, İran ABŞ-ni və müttəfiqlərimizi birbaşa təhdid edə biləcək nüvə proqramını bir daha heç vaxt sınaqdan keçirməyəcək. Prezidentin bir daha yaşanmamasını istədiyi şey məhz budur".
Livit əlavə edib: "Prezident Trampın ilk seçimi hər zaman diplomatiya olsa da, zərurət yaranarsa, ABŞ ordusunun ölümcül gücündən istifadə etməyə də hazırdır. Ona görə də bu məsələdə son qərarı hər zaman Prezident verir".
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin