ABŞ onları ölkədən deportasiya edəcək

26.03.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ “Tren de Araqua” kriminal qruplaşmanın daha 3 üzvünün deportasiya ediləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, “Tren de Aragua”nın üzvü olduğu müəyyən edilən 3 nəfər “xarici düşmən” elan edilib.

Qətl, fidyə müqabilində adam oğurluğu və digər cinayətlərdə axtarışda olan şəxslərin Çiliyə ekstradisiyasının planlaşdırıldığı bildirilib.

Qeyd olunub ki, Adrian Rafael Gamez Finol, Miguel Oyola Ximenez və Edqar Xavier Benitez Rubio adlı 3 nəfər ABŞ-yə qeyri-qanuni yollarla daxil olub və Çili ABŞ-dən onların ekstradisiyasına kömək istəyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью