ABŞ onların görüşünü təsdiqlədi

16.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın cədvəlinə əsasən, Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
Görüşün “Kylin Villa” hotel kompleksində keçirilməsi və Bakı vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılır.
Qeyd edək ki, noyabrın 14-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Noyabrın 16-da isə Çin Xarici İşlər Nazirliyi Si Cinpinin görüşdə iştirakını təsdiqləyib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью