Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ontario gölünün Amerika gölü adlandırıla biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“ABŞ Ontario gölünün adını Amerika gölünə dəyişməyi ciddi şəkildə nəzərdən keçirir. Çünki artıq Ontario ilə gələcək işgüzar əlaqələrin davam etməsini gözləmirik”, - o əlavə edib.
Qeyd edək ki, Şimali Amerikanın böyük göllərindən biri olan Ontario ABŞ-Kanada sərhədini əhatə edir.
Xatıarladaq ki, ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin ötən həftə Ottavanın Vaşinqtonun ikitərəfli ticarət razılaşmasından imtina etdiyini açıqlayıb. Nəticədə, Kanada mallarının müəyyən kateqoriyalarına 50% ABŞ idxal tarifləri 22 avqustda qüvvəyə minib. Öz növbəsində, Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarını dayandırmaq qərarını təsdiqləyib. O, Ottavanın 8 sentyabrda qüvvəyə minməsi planlaşdırılan cavab tarifləri tətbiq edəcəyini qeyd edib. Karni həmçinin ABŞ və Kanada arasında ticarət müharibəsinin başladığını qeyd edərək, bunu Vaşinqtonun başlatdığını bildirib.
Tramp daha sonra ABŞ-nin 1 yanvar 2027-ci il tarixindən etibarən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50% tarif tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Ağ Evin perspektivindən Kanada xüsusi münasibətlərdən və faktiki ticarət üstünlüklərindən istifadə edərək illərdir ABŞ-ni aldadır. Lakin, Amerika prezidenti xəbərdarlıq edib ki, ABŞ artıq buna dözməyəcək.