ABŞ onun yerini deyənə 5 milyon vəd etdi

17.09.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti Meksikanın "Sinaloa" narkokartelinin liderlərindən biri olan Xuan Xose Ponse Feliksin tutulması ilə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat təklif edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  departamentin mətbuat katibinin müavini Tommy Pigott məlumat yayıb. 

"Bu mükafat təklifi ABŞ-nin narkotik kartelinin liderlərini məsuliyyətə cəlb etmək və transmilli cinayətləri pozmaq öhdəliyini əks etdirir ", - bəyanatda deyilir.

Məlumata görə, kartel fentanil, kokain, heroin, marixuana və metamfetamin istehsal edib ABŞ-də paylayır. Kartelin rəhbəri Feliks əvvəllər çirkli pulların yuyulması, həmçinin narkotik və silah ittihamı ilə ittiham olunub.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью