Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ kosmik məkan üzərində nəzarəti təmin etmək üçün orbitdə silahlara malikdir.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Menk Vaşinqton yaxınlığında keçirilən Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələr Assosiasiyasının konfransında çıxışı zamanı bildirib.
"Bu gün biz daim dəyişən təhdidlərin haradan yaranmasından asılı olmayaraq, onların yaratdığı çağırışlarla qarşıdurmaya hazır olmağa davam edirik. Məhz buna görə də ABŞ-nin orbitdə kosmik məkana nəzarət etmək üçün silahları var. Bu silahlar ABŞ Silahlı Qüvvələrini rəqiblərin düşmənçilik fəaliyyətlərindən qoruya bilər", - deyə o bildirib.
Konfransın moderatoru nazirdən sözügedən silahlar barədə daha ətraflı məlumat verməsini xahiş edib. Lakin nazir bundan imtina edib.