Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kmandanlıq “Apache” helikopterlərinin istismarına davam etməyin təhlükəsiz olduğu qənaətinə gəlib
ABŞ ordusu Texasda helikopterlərdən birinin qəzaya uğramasından sonra müvəqqəti olaraq dayandırdığı “AH-64 Apache” helikopterlərinin təlim uçuşlarını bərpa edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun açıqlamasında qeyd edilib.
Bildirilib ki, qəzanın səbəbi hələ də araşdırılır, lakin komandanlıq “Apache” helikopterlərinin istismarına davam etməyin təhlükəsiz olduğu qənaətinə gəlib.
Qeyd edək ki, 14 avqustda ABŞ ordusu “Apache” helikopterlərinin təlim uçuşlarını dayandırıb. 12 avqustda bu model helikopter Texasın mərkəzində qəzaya uğrayıb. Göyərtədə olan iki nəfər həlak olub.