ABŞ ordusu bölgədə: Rusların çıxdıqları bazalarda yerləşdilər

16.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Suriya Milli Ordusunun (SMO) Təl-Rıfat, Mənbiç və Deyr əz-Zor şəhərlərindən çıxardığı PKK/YPG terror təşkilatı Ayn əl Ərəb, Raqqa və Hasək vilayətlərində küncə sıxışdırılıb. Bəşər Əsəd rejiminin devrilməsindən sonra ciddi mövqe itkilərinə məruz qalan Suriyadakı ABŞ ordusu Ayn əl-Ərəbdə yerləşməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti məlumat yayıb.

PKK/YPG-nin “muxtar administrasiya”sı təşkilat binalarında yeni Suriya bayrağının asılacağını açıqlasa da, həmin binaların üzərində ABŞ bayrağı dalğalanmağa başlayıb. Artıq Ayn əl-Ərəbdə belə bir addım atılıb. Nəşr yazır ki, terrorçular ABŞ bayraqlarından hava təhlükələrinə qarşı qalxan kimi istifadə edirlər.

ABŞ ordusu Rusiyanın geri çəkildiyi Ayn əl-Ərəb və ətrafındakı bazalarda yerləşməyə başlayıb. Sarrin və Ayn İsaya ABŞ qüvvələrinin göndərildiyi məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью