Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İraqdakı son hərbçilərinin də ölkədən çıxarıldığını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Tramp sosial şəbəkə hesabında ABŞ qüvvələrinin İraqdan tamamilə çəkilməsindən məmnunluğunu ifadə edib.
O bildirib ki, 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə başlayan proses onun rəhbərliyi ilə başa çatıb. Dominos pizza
Tramp ABŞ-nin İraqa İŞİD-lə mübarizə aparmaq üçün getdiyini, artıq ölkədə qalmağa ehtiyac olmadığını deyib.
ABŞ Mərkəzi Komandanlığı da sentyabrın 30-da Ərbil Hava Bazasından ABŞ hərbçiləri və texnikasının çıxarılmasının tamamlandığını və İraqdakı “Inherent Resolve” əməliyyatının başa çatdığını açıqlayıb.