ABŞ ordusu “Cybertruck” alıb hədəf kimi istifadə edəcək

08.08.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


ABŞ Hərbi Hava Qüvvələri yüksək dəqiqlikli silahların sınaqlarında hədəf kimi istifadə etmək üçün iki “Tesla Cybertruck” almaq niyyətindədir.
Yeniiavaz.com
xəbər verir ki, bu barədə “The War Zone” nəşri dövlət satınalma reyestrindəki sənədə istinadla məlumat yayıb.
Məlumata görə, qərar potensial rəqibin bu maşınlardan döyüş şəraitində istifadə edə bilməsi ilə bağlıdır.
“Çox güman ki, rəqib “Tesla Cybertruck” kimi avtomobillərdən istifadə etməyə başlaya bilər. Çünki bu cür avtomobillər güclü zərbə zamanı gözlənilən zərərə məruz qalmırlar”, - sənəddə qeyd edilib.
“Tesla Cybertruck”a əlavə olaraq, ABŞ Hərbi Hava Qüvvələri hədəf kimi istifadə üçün daha 32 model avtomobil alacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью