ABŞ ordusu Finlandiyaya daxil oldu Nə baş verir? KONKRET

21.02.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Finlandiya Hərbi Dəniz Qüvvələri 40-a yaxın ABŞ dəniz piyadasının ölkəyə daxil olduğunu elan edib.

KONKRET.az xəbər verir ki, Amerika hərbçiləri Baltik dənizində sualtı infrastrukturun təhlükəsizliyini təmin etmək məqsədilə NATO-nun missiyasında iştirak edəcəklər.

Finlandiya Hərbi Dəniz Qüvvələri bəyan edib ki, ABŞ bölməsi NATO-nun sualtı infrastrukturunu qorumaq məqsədi daşıyan “Baltik Sentinel” missiyasına qoşulacaq.

Bu səfər Finlandiya və ABŞ arasında 2024-cü il sentyabrın 1-də qüvvəyə minmiş Müdafiə Əməkdaşlıq Sazişi (DCA) çərçivəsində həyata keçirilən ilk tədbirdir.

Yanvarın 14-də Baltikyanı NATO ölkələri kabellərin kəsilməsi insidentlərindən sonra Baltik dənizində patrul xidməti və sualtı kommunikasiyaların mühafizəsi üçün “Baltik Sentinel” missiyasının işə başladığını elan ediblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью