ABŞ ordusu Hörmüz boğazında İran katerlərini məhv etdi

15.09.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ ordusu sentyabrın 14-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü vasitəni ələ keçirməyə cəhd etdikdən sonra qarşı tərəfin iki katerini məhv edib.

Moderator.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins məsələ ilə əlaqədar bildirib: “İran İslam Respublikasına məxsus katerlər ABŞ-yə məxsus pilotsuz suüstü vasitəni ələ keçirməyə cəhd göstərsələr də, CENTCOM-un qətiyyətli cavabından sonra buna nail ola bilmədilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью