ABŞ ordusu İranı yenidən VURDU

20.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika təyyarələri İranın mərkəzi əyalətində yerləşən Xomeyn yaşayış məntəqəsinin şəhər kənarındakı sənaye obyektinə hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, “Mehr” agentliyi bu barədə əyalət qubernatorunun müavininə istinadla məlumat verib.
"Tələfat yoxdur, dəymiş mümkün ziyan dəqiqləşdirilir", - deyə məmur bildirib.
Bundan əvvəl "Reuters" agentliyi İrandakı mənbəyə istinadən xəbər vermişdi ki, İran və ABŞ arasında vasitəçilik edən ölkələr müvəqqəti razılaşmanın bərpası variantlarını müzakirə etmək üçün 10 günlük atəşkəs rejiminin tətbiq olunmasını təklif edirlər.
Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqlar mərhələsinin başladılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzalamışdılar.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью