ABŞ ordusu Karib dənizində qayığa hücum etdi: Ölənlər var

26.08.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ ordusu Karib dənizində narkotik daşıdığı iddia edilən qayığa zərbə endirib. Hücum nəticəsində dörd nəfərin öldüyü bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ ordusu dəniz yolu ilə narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən kartellərə qarşı əməliyyatlarını davam etdirir.

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasında bildirilib ki, komandan general Fransis L. Donovanın əmri ilə Karib dənizində narkotik daşıdığı şübhə edilən qayığa qarşı əməliyyat keçirilib.

Bəyanatda qeyd olunub ki, əldə edilən kəşfiyyat məlumatları qayıqda narkotik maddələrin daşındığını təsdiqləyib. Əməliyyat nəticəsində dörd nəfərin öldürüldüyü bildirilib və onlar “narko-terrorçu” kimi təqdim edilib.

General Fransis L. Donovan kartellərə qarşı “dəqiq və ölümcül zərbələrin” davam etdirildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью