ABŞ ordusu Karib regionunda tanker ələ keçirdi ANBAAN VİDEO

09.01.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ ordusunun Cənub Komandanlığı (SOUTHCOM) Karib regionunda, Trinidad və Tobaqo yaxınlığında "Olina" adlı neft tankerinin ələ keçirilməsi ilə bağlı videonu yayımlayıb.

BAKU.WS xəbər verir ki, görüntülər qurumun rəsmi saytına yerləşdirilib.

Bildirilir ki, əməliyyat sübh çağı həyata keçirilib. Karib dənizində aparılan əməliyyat zamanı "USS Gerald R. Ford" esminesinin göyərtəsindən ABŞ dəniz piyadaları motor-tanker tipli "Olina" gəmisini saxlayıblar.

ABŞ-nin neft tankerinin ələ keçirilməsi istiqamətində hərəkətə keçdiyi barədə məlumat yanvarın 9-da yayılmışdı. Mənbələrin bildirdiyinə görə, sözügedən gəmi Venesueladan çıxaraq Şərqi Timor bayrağı altında hərəkət edirmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью