ABŞ ordusu narkotik daşıyan gəmiyə zərbə endirdi

03.09.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ Karib dənizinin Venesuela sahillərində narkotik daşımaqda şübhəli bilinən gəmini atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

"Bir neçə dəqiqə əvvəl biz, sözün əsl mənasında, narkotiklərlə dolu bir gəmini atəşə tutduq", – deyə Tramp qeyd edib.

O, hadisə ilə bağlı əlavə detalları açıqlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью