ABŞ ordusu Qəzzada atəşkəs monitorinq mərkəzinin açıldığını elan edib

22.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsraildə Qəzzaya yardım koordinasiya mərkəzi və atəşkəs monitorinq mərkəzinin açıldığını elan edib.

APA xəbər verir ki, bu barədə CENTCOM çərşənbə axşamı yaydığı bəyanatında deyilir

"ABŞ Mərkəzi Komandanlığı oktyabrın 17-də İsraildə mülki-hərbi koordinasiya mərkəzi açıb və rəsmi olaraq Qəzzaya yardım üçün ilkin koordinasiya mərkəzini yaradıb. Mərkəz sabitləşdirmə səylərini dəstəkləyəcək. Mərkəz həmçinin atəşkəsə nəzarət edəcək", - bəyanatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью