ABŞ ordusu Ukrayna istehsalı PUA lar alacaq

21.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ordusu Ukraynanın “Skyeton” şirkətinin ABŞ-dakı bölməsi ilə 10,64 milyon dollar dəyərində “Raybird” kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Sifarişin 2026-cı il dekabrın 15-dək yerinə yetirilməsi planlaşdırılır. İşlərin icra olunacağı yer və maliyyələşmə hər bir sifariş üzrə ayrıca müəyyənləşdiriləcək.

ABŞ ordusu hazırda alınacaq PUA-ların sayını, onların hansı bölməyə veriləcəyini və hansı sensorlarla təchiz olunacağını açıqlamayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью