ABŞ ordusu və NATO ya kiberhücumlar edən haker saxlanılıb

06.02.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

İspaniya polisi ABŞ və İspaniya orduları, həmçinin NATO-nun elektron resurslarına haker hücumları edən informatika mütəxəssisini saxlayıb.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, polis hakeri saxlamaq üçün 1 ildən çox əməliyyat aparıb. O hər dəfə ayrı-ayrı adlarla məxfi sistemlərə girdiyi üçün ələ keçməsi uzun vaxt aparıb. Təhqiqat zamanı məlum olub ki, haker əldə etdiyi məlumatları forumlarda satıb.

Alkanta regionunda yaşayan hakerin saxlanması əməliyyatında Avropol və ABŞ Dövlət Departamentinin daxili təhlükəsizlik şöbəsinin əməkdaşları da iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью