ABŞ ordusu və texnikası Ermənistana gəlir Moskvadan baxış | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu, yaxın vaxtlarda elan olunacaq hərbi təlimlərə hazırlıq işləri ilə bağlıdır və ötən il də eynilə bu tarixdə - iyulun 16-dan avqustun 7-dək Ermənistan-ABŞ təlimləri keçirilmişdi.
Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sərkisyan RT-nin mümkün erməni-amerikan hərbi təlimləri üçün ABŞ-ın Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Çar poliqonuna hərbi və müxtəlif növ texnika daşımağı planlaşdırdığı barədə məlumatını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu yaxınlarda elan olunacaq birgə təlimə hazırlıq gedir: “Sözügedən Amerika texnikası əvvəlki hərbi təlimlərdən sonra olduğu kimi, sentyabrın 20-dək Ermənistanda qalacaq”.
Rusiyalı analitik, ermənipərəst Stanislav Tarasov isə erməni mediasına açıqlamasında məlumatın rəsmən təsdiqlənməsi gərəkdiyini vurğulayıb: “Birincisi, bu məlumat təsdiqlənməlidir, çünki bu, İrəvanın vəziyyətini daha da çətinləşdirə bilər.
İkincisi, ABŞ-ın Ermənistanla birgə hərbi təlimlər keçirməklə bağlı mümkün qərarı heç bir halda geosiyasi mülahizələrdən irəli gəlmir.
Bu, yalnız Ermənistanın düşdüyü vəziyyəti çətinləşdirəcək, çünki sülh müqaviləsinin (Azərbaycanla – red.) imzalanması perspektivi yoxdur.
ABŞ hazırda Ukrayna məsələsi ilə məşğuldur, Ermənistanın bu hərbi təlimləri regionda ön plana çıxarması marginal xarakter daşıyır, orada heç bir perspektiv yoxdur və bu, Ermənistana problem yaradır, təhlükəsizliyini təmin etmir”.
Tam oxu
Xəbəri oxu