ABŞ ordusu Xarq adası və Cask yaxınlığındakı hədəflərə zərbələr endirib

09.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 9 sentyabr, AZƏRTAC

ABŞ ordusu İranın Xarq adası və Cask yaxınlığındakı hədəflərə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisi “Fox News”a bildirib.

Qeyd olunub ki, hədəflər arasında İran neft tankerləri də var.

“Bu, İranı iqtisadi cəhətdən sıxışdırmaq üçün daha geniş səylərin bir hissəsidir. Strategiyaya İran xam neft tankerlərinin batırılması və sıradan çıxarılması daxildir”,- deyə vurğulanır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью