ABŞ ordusu Yəməndə husiləri vurub

17.03.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarətində olan Hodeyda vilayətinin ərazisinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum vilayətin mərkəzinə yaxın, Qırmızı dənizin sahilində yerləşən əl-Arc bölgəsində həyata keçirilib.

“Al Hadath” telekanalının məlumatına görə, ABŞ-nin zərbələrinin hədəfi husilərin yerləşdirildiyi məntəqələr olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью