Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Ordusunun katibi Den Driskollun 2026-cı ilin sonuna qədər vəzifəsindən istefa verə biləcəyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, mümkün istefanın əsas səbəblərindən biri Driskoll ilə ABŞ müdafiə naziri Pit Heqset arasında aylardır davam edən gərgin münasibətlərdir.
Bildirilir ki, Driskollun istefası ABŞ Ordusunu Senat tərəfindən təsdiqlənmiş rəhbərsiz qoya bilər. Onun mümkün gedişi Prezident Donald Trampın ikinci administrasiyası dövründə Pentaqonda baş verən rəhbərlik dəyişiklikləri fonunda yeni qeyri-müəyyənlik yarada bilər.
Qeyd edək ki, Driskoll və Heqset arasında fikir ayrılıqları daha əvvəl də mediada gündəmə gəlib. Apreldə Driskoll istefa vermək niyyətində olmadığını açıqlamışdı. Lakin son məlumatlara görə, tərəflər arasındakı gərginlik yenidən kəskinləşib.