ABŞ orta mənzilli hipersəs raketini sınaqdan keçirdi

13.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ uzun mənzilli hipersonik silahın (LRHW, "Dark Eagle") orta mənzilli hipersəs raketinin sınaq buraxılışını həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin "Telegram" kanalında məlumat verilib.

Sınaq Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib. İlkin məlumata görə, bu, raketin standart buraxılış qurğusundan atıldığı ilk “uğurlu” uçuş sınağı idi.

"Dark Eagle" raket sistemi Lockheed Martin tərəfindən hazırlanıb. Raketin 6000 km/saatdan çox sürətə çata biləcəyi güman edilir.

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью